“Parni iz Baku” KVN komandasının üzvlərindən olan Vado Korovinin “ATV”-dəki vəzifəsindən uzaqlaşdırılması xəbəri yayılmışdı.
“Parni iz Baku” KVN komandasının üzvlərindən olan Vado Korovinin “ATV”-dəki vəzifəsindən uzaqlaşdırılması xəbəri yayılmışdı.
TİA.AZ-ın Axşam.az-a istinadla məlumatına görə, Korovin hazırda yeni vəzifəyə təyin edilib. O, sözügedən kanalda yaradıcılıq departamentində fəaliyyətə başlayıb.
Qeyd edək ki, V.Korovin əvvəl telekanalın baş prodüseri kimi çalışırdı. “ATV”-də rəhbər dəyişikliyindən sonra onun işdən uzaqlaşdırıldığı deyilmişdi.
V.Korovin, eyni zamanda, kanalda yayımlanan “Vine show”nun münsiflər heyətinin üzvüdür.