V qrup üzrə qabiliyyət imtahanları keçirilir

V qrup üzrə qabiliyyət imtahanları keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları keçirəcək.
Mərkəzdən  bildirilib ki, qabiliyyət imtahanları iyulun 1-dən 14-dək davam edəcək.
İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egovlinkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.
Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.