İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 ildə 100 illik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. İtaliyada 1112 sakinin yaşı 105-i keçib.
2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14456 insan yaşayır. Onların 84 faizi qadındır.
2009-2019-cu illər ərzində yaşı 110-a çatan və 110-dan yuxarı olan 125 nəfərin 93 faizini qadınlar təşkil edib.
Ümumilikdə, İtaliya Avropa məkanında Fransa ilə yanaşı, yaşı 100-dən yuxarı uzunömürlülərin sayına görə rekord vurub. Belə ki, üzunömürlülərin əksəriyyəti Şimali İtaliyada yaşayır.