ÜZƏRƏK ARIQLAMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ…

ÜZƏRƏK ARIQLAMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arıqlamaq üçün müxtəlif pəhrizlər və idman hərəkətləri var. Ancaq bir çoxları da hesab edir ki, üzgüçülüklə məşğul olmaq, müdəmadi üzmək də kökəlmənin qarşısını alır.

Tribunainfo.az xəbər verir ki, üzgüçülük müəllimi Tatyana Zorkinanın fikrincə, arıqlamaq üçün üzmək yaxşı və effektli vasitədir.
Ancaq təkcə üzmək kifayət etmir, bununla yanaşı pəhriz də saxlamaq lazımdır.

Diyetoloqlar isə arıqlamaq istəyənlərə üzgüçülüyü məsləhət görmür. Diyetoloqlar bildirir ki, üzgüçülük zamanı əzələlər yığılır. Çəkinin atılması isə ləng gedir. Bədən bir neçə sm kiçilir, ancaq arıqlamaq düzgün formada getmir. Bu zaman da yağların azalması, əriməsi prosesi ləngiyir.