“Utilizasiya qiymət artımına səbəb olacaq” – Ekspert

“Utilizasiya qiymət artımına səbəb olacaq” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sözsüz ki, utilizasiya prosesinin başlanmasının avtomobil bazarına müəyyən təsiri olacaq”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a bildirib.
 
O qeyd edib ki, ilkin olaraq istifadədən kənarlaşdırılan avtomobillər əsas predmet obyekti olacaq. Çünki bunlar insanların nəqliyyata olan tələbatını tam şəkildə ödəmir. Belə olduğu təqdirdə müvafiq utilizasiya prosesi birbaşa olaraq tələbi kəskin şəkildə artırmayacaq:
“Digər tərəfdən, kifayət qədər köhnəlmiş avtomobillərin utilizasiyasından söhbət gedirsə, onun kompensasiyası avtomobil bazarında yeni avtomobil almaq imkanlarını ciddi şəkildə artırmır. Ona görə də bunun tələbə böyük təsiri olmayacaq. Lakin uzun və ortamüddətli dövrdə, əlbəttə, proses genişləndikcə təkrar avtomobil bazarında canlanmanı artıracaq. Çünki bu kimi yararsız avtomobil azgəlirli sosial qrupun əlində cəmlənir. Onlar yeni avtomobil istehlakında aktiv iştirak etməyəcəklər. Ancaq təkrar bazarda olacaqlar. Bu zaman qiymət artımı müşahidə oluna bilər”.