Şər yeni qarışırdı. Şər yeni qarışırdı.
Hava dumanlı idi , narın-narın yağış yağırdı. Bəzi evlərin çırağı söndürülmüş, əl-ayaq çəkilmişdi. Məni tənhalıq darıxdırırdı. Havanın dumanlı olmağına baxmayaraq, pençəyimi geyinərək sahilə doğru yavaş-yavaş irəlilədim. Sahilin mehi məni dərin xəyallara aparmışdı. Aradan bir neçə saat keçmişdi. Dumanlı, çiskinli hava getdikçə bərk yağışa çevrilirdi. Şər tam qarışmışdı, evə doğru gəlirdim. Bir anlığa ağacların arasından, hıçqırtı səsi eşidildi. Oyan-buyana boylanaraq bu səsin haradan gəldiyini dinliyirdim.
Bir az sonra ağacların arasında bükülərək başını dizlərinə söykəyib, hıçqırtı ilə ağlayan qıza yaxınlaşdım. Onun qıvrılaraq soyuqdan titrədiyini görəndə bütün vücudumu soyuq tər basdı, elə bil bütün dünyanı başıma yıxdılar. Asta-asta ona yaxınlaşıb, xəbəri olmadan pencəyimi onun çiyninə saldım. Bütün paltarı islanmışdı, soyuqdan dili kəkələyirdi. Əlindən tutaraq ayağa qaldırdım, başını tumarlayaraq evə doğru gəldim. Sobanı yandırdım, çay istidib ona isti çay verdim, canına çökmüş soyuğun havasını almağa çalışdım, onun qırışmış vücuduna baxanda məni qəhər basırdı. O ayağa qalxaraq odun sobasının yanına yaxınlaşıb, vücudunu isitməyə çalışır, əllərini ovuşdurur, iki əlini qoynuna qoyub yığcam halda sobanın yanında qıvrılıb dərin fikrə daldı. Yağışın şiddətli yağmağı, pəncərənin taqqıldadır, onun gözünü, fikirini, taqqıltıya yönəldirdi. Hiss edirdim ondakı dərin düşüncəni…
Mən sobanın yanına yaxınlaşıb, onunla üz-üzə oturub çay içməyə başladım, onu sual atəşinə tutmaq istəyirdim, ancaq bilmirdim ki, nədən başlayım. Bir neçə qurtum çay içmişdik ki, soruşdum isinmisən, üzümə baxaraq gülümsədi, gözüm yaşla doldu, özümü güclə saxladım, içimdə boğulurdum, dəhşət idi o an hisslərim. Adınız nədir? Azər! Bəs sizin- dinmirdi, susurdu.Qəmgin gözlər, soyuqdan qırışmış üz məni çox məyus etmişdi, hiss edirdim boynunda Dəvə yükü var.Aram-aram danışırdıq, danışdıqca təkrar sual verirdim, ismin nədir? Fikirimdən yayındırmaq istəyirdi, nədənisə adını bildirmək istəmirdi, buna baxmayaraq mən israr edirdim, adın nədir?
Bahar!Bahar siz niyə, cisginli, dumanlı havada bükülərək məyus halda, hıçqıra-hıçqıra ağlayırdınız?Mən körpə olanda atam, anam yol qəzasında dünyasını dəyişib. Atam yazıçı, anam şairə xanım olub, hər ikisi Ədəbiyyat müəllimi idi, vaxtsız əcəl hər ikisini məndən ayırıb. Nənəmin himayəsində yaşayırdım, ağbirçək nənəm təqaüdlə mənə baxırdı. Artıq bir neçə ildir ki, o da dünyasını dəyişib, kimsəsizəm.Baharın acı taleyi məni bir anlıq uşaqlıq xatirələrimə yönəltdi, ailəmdə atam dünyasını dəyişib, anamla yaşayıram. Uşaq olarkən, mən də Bahar kimi yağışda islanmış, acılı xatirələrim olub, bağcanın qarşısında anamı gözləyərdim, dumanlı, cisginli havalarda, ağaclara qısılardım.Çox illər keçib, çox, indi ali məktəbdə işləyirəm.Baharın atasının yazıçı, anasının şairə xanım, hər ikisinin Ədəbiyyat müəllimi olmağı, görünür ki, yazıçı balaları yetim olurlar, buna baxmayaraq da yazıçılar dünyanın ən ərkəsöyün, ən döyülən övladlarıdır. Dostlar,məni qoymayın yazıçı olmağa… Baharla söhbətimiz gecə yarısına kimi olub, xəbərim olmadan odun sobasının yanında yuxuya dalmışam.Dan yeri yeni sökülmək istəyirdi, azan səsi məni qəflət yuxusundan oyatdı, gözümü açanda tək pencəyimin qıvrılmış halda üzərimə atıldığını gördüm.
Odun sobası sönmüş, məni “Bahar”ın soyuq təri bürümüşdür. O, yox idi, odun sobasının yanından evi tərk etmişdir.Bir neçə gündən sonra onun intihar etməyini mediada oxudum. Çox sarsıldım. Pencəyimi çiynimə atıb, onun məzarını axdarmağa çalışdım, çətinliklə olsa da tapa bildim, o an özümdə deyildim, gözlərim dolub, içərim isə hönkürürdü, həyacandan boğulan kimiydim. Qəmgin və soyuq məzarı görəndə içərimdən qəribə gizilti keçir, düşünürdüm ki, biranlığa o məzar mənim məzarımdır, soyuq tənha məzar. Addım-addım, ağrı-acı kəsə-kəsə, yaxınlaşdım məzar daşına, Dərdin, qəmin ağırlığı üstümə çökmüş halda məzarın başına dolanıram. Baharın intiharı məni çox sarsıtmışdı. Axund “QURAN” oxuduqca məni qəhər basır, göz yaşım damla-damla yanağımdan ətəyimə tökülürdü. Hava cisginli, narın-narın yağış yağırdı, şarpım islanmışdı, islanmış şarpımla məzar daşının üzərini silib, pencəyimi baş daşının çiyninə salaraq onunla vidalaşdım. Vidalaşıb məzardan ayrıldım.
Məzarlıqdan çıxanda qoruyucunu görürəm, düz qapının yanında dayanıb. Mənimlə salamlaşır, ondan soruşuram ki, siz hər günmü burda olursunuz? Yaşlı qoruyucu təəccüblə və qəribə heyrətlə deyir:Bəli. Nə olub ki? Əlimlə Baharın məzarını nişan verirəm ki, o məzardan müğayat ol! Gözlə o qəbir- məzarı! deyib tərk edirəm məzarlığı.Məndən Baharın, məzar daşına tək pencəyim hədiyyə qaldı. Üşütməz pençəyim məzar daşını…
Yazıçı Azər Allahverdiyev