Usubov polis kapitanına vəzifə verdi

Usubov polis kapitanına vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Anar Şıxəliyev Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis müavini təyin olunub.

TİA.AZ xəbər verir ki, bu barədə Unikal.org-a sözügedən Polis Bölməsindən məlumat verilib.

Qeyd edək ki, bir neçə ay öncə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi təyin edilib.