Cazibədar görünüşü və bahalı həyat tərzi ilə həmişə gündəmdə olan Diana Ahadpourun bu dəfə də seçdiyi geyimi müzakirə mövzusu olub.
Tribunainfo.az xəbər verir ki, iranlı iş adamının əslən azərbaycanlı xanımı Diana Ahadpour qatıldığı dəvətə “aadnevik” markasından libas geyinib. Dərin sinə, bel və ayaq dekoltesi ilə seçilən geyimin qiyməti də göz qamaşdırıb. Diananın seçdiyi geyimin qiyməti təxminən 19 min 800 manatdır. “Dior” markasından seçdiyi çantanın qiyməti isə 6715 manatdır.
Diana Ahadpourun fotolarını təqdim edirik:
Nigar