Bakıda qətl törədilib.
TİA.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 14-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birində usta işləyənlər – Bakı şəhər sakini Rəşad İsmayılov münaqişə zəminində həmyerlisi Sevindik Hacıyevə bıçaqla xəsarət yetirib. S. Hacıyev hadisə yerində ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov tutulub.