ÜST xəbərdarlıq etdi: Bu kosmetik məhsullar xərçəngə səbəb olur

ÜST xəbərdarlıq etdi: Bu kosmetik məhsullar xərçəngə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) kosmetik məhsullarda tapılan talk mineralının “insanlarda xərçəngə səbəb ola biləcək mümkün kanserogen” kimi təsnif edildiyini açıqlayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) verdiyi açıqlamada, 29 tədqiqatçının kosmetik məhsullarda olan “talk”la bağlı elmi araşdırmalar aparılıb.

Açıqlamada insanların mədənlərdə və kağız sənayesində işləyərək və ya kosmetik məhsullar istifadə edərək “talk” mineralına məruz qaldığı ifadə edilərək, istifadə etdiyini bildirən qadınlarda yumurtalıq xərçəngi hallarının davamlı olaraq artdığı vurğulanıb.