ÜST RƏHBƏRİ YENİ ÖLÜMCÜL PANDEMİYAYA HAZIRLAŞMAĞA ÇAĞIRIBbackend

ÜST RƏHBƏRİ YENİ ÖLÜMCÜL PANDEMİYAYA HAZIRLAŞMAĞA ÇAĞIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya gələcəkdə kollektiv şəkildə təhlükə ilə üzləşməyə hazır olmalıdır”.

Tribunainfo.az-ın xəbərinə görə, ÜST-nin Cenevrədə keçirilən illik assambleyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus deyib ki, COVID-dən daha təhlükəli olan yeni bir pandemiya təhlükəsini istisna etmək olmaz.

“Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir variantın (COVID) ortaya çıxması təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin ortaya çıxması təhlükəsi var”, – təşkilatın baş direktoru bildirib.

Tedros Qebreyesus həmçinin bütün dünyanı gələcəkdə təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.

Xatırladaq ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri COVID-19 virusunun yayılması ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyətinin başa çatdığını elan edib. Onun sözlərinə görə, dünyada ən azı 20 milyon insan koronavirusdan dünyasını dəyişib.