ÜST meymun çiçəyi xəstəliyinin insandan insana ötürülməsini aradan qaldırmaq üçün strategiya hazırlayır.
Tribunainfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı may ayında meymun çiçəyi epidemiyasına görə 2022-ci ilin avqustunda tətbiq edilən fövqəladə sağlamlıq vəziyyətini ləğv etdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-2027-ci illərdə meymun çiçəyi xəstəliyinin insandan insana ötürülməsinin aradan qaldırılmasına nail olmaq üçün qlobal strateji çərçivə hazırlayır.
Sənəddə deyilir: “ÜST, Çiçək xəstəliyinin insandan insana ötürülməsinə nəzarətin gücləndirilməsi və aradan qaldırılmasına nail olmaq üçün (2023-2027) Qlobal Strateji Çərçivəni hazırlayır, bu çərçivədə ÜST-yə üzv dövlətlər, tərəfdaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr aparılır”.
Məqsəd xəstəliyin qlobal yayılmasının yenidən başlanmasının qarşısını almaqdır.