ÜST-dən ChatGPT ilə bağlı XƏBƏRDARLIQbackend

ÜST-dən ChatGPT ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində ChatGPT kimi proqramlardan istifadə edərkən ehtiyatlı olmağa çağırıb.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, ÜST-dən verilən açıqlamada xəstəliklərin diaqnozu kimi sağlamlıq sahəsində süni intellektin istifadəsinin geniş vüsət aldığı diqqətə çatdırılıb.

Açıqlamada vurğulanıb ki, ChatGPT və Google Bard kimi vasitələrindən istifadə edərkən ehtiyatlı olmaq lazımdır, çünki onlar qeyri-adekvat şəraitdə xəstəliyin diaqnozuna kömək etməklə yanaşı, həm də risklər daşıyır.
Bəyanatda ÜST-ün sağlamlıq tədqiqatlarına töhfə vermək üçün LLM-dən istifadə etməkdə “həvəsli” olduğu vurğulanır, lakin sınaqdan keçirilməmiş sistemlərin sürətlə mənimsənilməsinin səhvlərə səbəb ola biləcəyi və xəstələrə zərər verə biləcəyi vurğulanır.