ÜST açıqladı: Hər il 8,7 milyon insan bu səbəbdən ölür

ÜST açıqladı: Hər il 8,7 milyon insan bu səbəbdən ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb. 

Tribunainfo.az xəbər verir ki, ÜST-nın qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub.

Tütün istifadəçilərinin təxminən yarısının öldüyü bildirilən hesabatda “Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara passiv şəkildə ikinci tüstüyə məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir”, – deyə bildirilib.
Açıqlamada bildirilir ki, dünyada 1,3 milyard tütün istifadəçisinin təxminən 80%-i orta və aşağı gəlirli ölkələrdə yaşayır.