Ukrayna hərbçiləri son sutka ərzində Kursk vilayətinin müxtəlif yerlərində bir kilometrdən iki kilometrə qədər irəliləyib, həmçinin 100-dən çox rus əsgərini əsir götürüblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə çərşənbə günü, avqustun 14-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Səhər Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bütün əsas istiqamətlər üzrə vəziyyət, eləcə də Kursk vilayətində keçirilən əməliyyat barədə Ukrayna prezidentinə məruzə edib.
Zelenski Baş komandana hazırda beynəlxalq tərəfdaşlar tərəfindən çatdırılan yardım paketləri ilə şərq istiqamətlərini gücləndirməyi tapşırıb.
“Biz Kursk vilayətində daha da irəliləyirik. Günün əvvəlindən müxtəlif ərazilərdə bir kilometrdən iki kilometrə qədər. Eyni dövr ərzində daha 100-dən çox rus əsgəri əsir götürülüb. Əməyi keçən hər kəsə minnətdaram. Bu, oğlan və qızlarımızın evə qayıtmasını sürətləndirəcək”, – Zelenski Teleqram-da yazıb.