Avdeyevka istiqamətində işğalçı qüvvələrin koks zavodu istiqamətində hücumları davam edib və əsas döyüşlər Stepnoe, Berdiçie, Severnoye və Tonenkoye yaşayış məntəqələri ərazisində gedir.
Tribunainfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən Müharibə Tədqiqat İnstitutunun analitiklərinin verdiyi məlumata görə, müdafiəçilər Novokalinovoenin şərq və cənub-şərqində – Stepnoy, Avdeyevka, Severnoe, Pervomayskidə Rusiyanın hücumlarını dəf ediblər.
Ukrayna Silahlı Qüvvələrinin Taurid qoşun qrupunun nümayəndəsi polkovnik Aleksandr Ştupunun sözlərinə görə, Rusiya qoşunlarının ən mühüm hədəfi Avdeyevka koks zavodudur. Əgər o tutulsa, düşmən meşəlik ərazidə deyil, sənaye zonasında müdafiə mövqeləri yarada biləcək.