Uşaqpulu ilə bağlı vacib açıqlama – VİDEObackend

Uşaqpulu ilə bağlı vacib açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Siyavuş Novruzov “Künc-Bucaq” internet kanalında yayımlanan “VIII GÜN” verilişinə verdiyi müsahibədə uşaqpulundan danışıb.

O, bu müavinətlə bağlı parlamentdə müzakirələrin aparıldığını deyib.

O bildirib: “Əmək və əhalinin sosial müdafiəsi naziri ilə bu mövzuda müzakirələr oldu. Bir çox variant var. Bu məsələdə dünya praktikası, o cümlədən ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir. Uşaqpulunun verilməsi ilə bağlı müzakirələr indi də gedir”.

Deputat uşaqpulunun kimlərə və nə tərzdə verilməsi baxımından konkretləşdirilməyə ehtiyac olunduğunu qeyd edib./Yenisabah.az