Uşaqlarınızı “Mcdonalds” yeməklərindan uzaq tutun! Ekspertdən ÇAĞIRIŞbackend

Uşaqlarınızı “Mcdonalds” yeməklərindan uzaq tutun! Ekspertdən ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mcdonalds” restoranlarının mətbəxində istifadə edilən ətlər və digər kompanenetlər xaricdən gətirilir. Oradakı ətin tərkibi məlum deyil. Onun ət olduğunu da demək olmaz. İstisna edilmir ki, oradakı kartoflar genetik matifikasiya olunmuş məhsuldur. Bu şəbəkənin qidaları birmənalı olaraq zərərlidir. Xüsusilə uşaqlarınızı bu şəbəkədən uzaq tutun.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Mcdonalds” qida şəbəkəsinin yeməkləri barədə danışarkən deyib. Ekspert bildirib ki, bütün dünya istehlakçı hüquqlarını qoruyan təşkilatlar insanları bu şəbəkədən uzaq durmağa çağırır:

“Dünyanın istehlakçı hüquqlarını qoruyan təşkilatlarının hər 4 ildən bir keçirilən konfranslarında böyük qida şəbəkəsi olan “Mcdonalds” və bu kimi digər fas-food şəbəkələri tənqid olunur, istehlakçılar belə şəbəkələrdən uzaq olmağa çağırılır. Lakin bu şəbəkələr hansı ölkədə oturursa oranın böyük vergi ödəyicisinə çevrilir və ekonomik cəhətdən heç kəs onları ölkədən çıxarmaq istəmir.

Bu şəbəkədəki qidalar birmənalı olaraq insan orqanizmi üçün zərərlidir. Ora xaricdən gətirilən ətlərə biz fikir versək, görərik ki, ətlər dairəvi şəkildədir, daş kimi möhkəmdir, üstəlik tərkibi nədən ibarətdir bilmirik. İlk baxışda o ərzaq heç ətə də oxşamır. Ət dedikləri o məhsul xüsusi aparata qoyulur və bir anın içində şişirdilir, hazır vəziyyətə gəlir. Nəzərə almaq lazımdır ki, ət bu qədər tez bir zamanda bişə bilməz. Ümid edək ki, dövlət orqanları, xüsusilə Qida Təhlükəsizliyi Agentliyi bu şəbəkənin yeməklərinə nəzarət edir.
Ancaq bu danılmaz faktdır ki, bu şəbəkələrdə keyfiyyət arxa plandadır. “Mcdonalds” restoranlarının mətbəxində istifadə edilən digər kompanenetlər də xaricdən gətirilir. İstisna edilmir ki, oradakı kartoflar genetik matifikasiya olunmuş məhsuldur. Sadə vətəndaşın oradakı ətin tərkibini öyrənmək imkanı yoxdur. Biz oradakı yeməklərin tərkibini soruşsaq bizə dövlət orqanlarının sənədini verəcəklər. Mən sizi əmin edirəm ki, oradakı heç bir məhsulun keyfiyyətini öyrənmək üçün bizə onu çiy formada verməzlər”.

E.Hüseynov bildirib ki, təəssüf ki, aidiyyəti qurumlar bu şəbəkələrdəki qida təhlükəsinə qarşı illərdir susur:

“Biz insanlara bildirmək istəyirik ki, bu cür şəbəkələrə getməyin, uşaqlarınızı bu cür yerlərdən uzaq tutun. Uşaqlarınıza tərkibi bəlli olmayan, mənşəyi barədə məlumatımız olmayan bu qidaları yedirməyin. O şəbəkədə elə bir servis qurulub ki, insanlar bu rahatlığa görə ora öyrəşiblər. Çünki orada həm də insanlarda alışqanlıq yaradan kompanenetlər də var. İnsanlar “Mcdonalds”dan və bu kimi şəbəkələrdən mümkün qədər uzaq olmalıdır”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman