Cərrah Toğrul Ömərov valideynlərə çağırış edib. Həkim bildirib ki, son vaxtlar azyaşlıların əməliyyat edilməsi halı artıb. Həkim buna səbəb kimi valideyn səhlənkarlığını göstərir.
Tribunainfo.az yazır ki, həkimin sözlərinə görə, uşaqlara oyuncaq kimi alınan maqnit muncuq oyuncaqlar təhlükəli olmağa başlayıb. Həkim bildirib ki, azyaşlılar bilmədən və ya nəzarətsizlikdən bu maqnitləri udur:
“Valideynlərin diqqətinə çatdırıram ki, maqnit oyuncaqlardan uşaqlarınızı uzaq tutun. Artıq neçənci əməliyyatdır edirik. Uşaqlar tərəfindən udulur və bu maqnitlər bağırsaqları deşərək ciddi fəsadlar yaradır”.