Uşaqlarına “Coca Cola” içirdiyi üçün həbs edildi

Uşaqlarına “Coca Cola” içirdiyi üçün həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Limoj şəhər sakini uşaqlarına daim “Coca Cola” içirtdiyi üçün üç ay müddətinə həbs edilib.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Həbs olunan ata nə oxuya, nə də yaza bilir. Dövlət müavinəti hesabına yaşayır və uşaqlarını, arvadını tez-tez döyür. “Onların soyuducusu yox idi. Uşaqlar isə döşəkağısız yerlərdə yatırdılar”, – bunu dövlət ittihamçısı məhkəmə zamanı deyib. Kişi bütün pullarını spirtli içkilərə sərf edəndən sonra onun uşaqları ancaq “Coca cola” içirdilər. Bu, tez-tez baş verirdi: “Atası onlara yemək qismində ancaq piroq və “Coca cola” verirdi”. Bunu da dövlət ittihamçısı bildirib.

Normadan artıq şirniyyat yediyi üçün 4 yaşlı böyük oğlunun yeddi xəstə dişi yaranıb. Digər oğlunun isə 3 yaşı var və o, hələ də danışmağa başlamayıb.

2017-ci ildə xəbər verilmişdi ki, Fransada pulsuz qazlı içki qadağan olunub. Qanuna əsasən, ictimai iaşə obyektləri şirin, spirtsiz içkilərə limitsiz çatımlılıq təklif etməməlidir. Bu, piylənmənin qarşısını almaq üçün tətbiq edilən qadağa idi.

Musavat.com