Unutqanlıq, xatırlama problemi və yaddaş zəifliyi problemləri uşaqlar arasında geniş yayılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Nigar Süleymanova bildirib. O qeyd edib ki, bunun əsas səbəbi B12 vitamini çatışmazlığıdır. Kəskin B12 vitamini çatışmazlığı isə hətta yaddaşın tamamilə itməsinə səbəb olur:
“B12 vitamini daha çox ət, balıq, dəniz məhsulları, quş əti, süd və süd məhsulları, yumurta kimi heyvan mənşəli qida növlərində olur. Tərəvəzlərdən mərci, çuğundur, brokkoli, ispanaq, lobya, noxud, yaşıl lobya, cəfəri, soya və badamın tərkibində də B12 vitamini var. Bu qidalarla normal qidalanmayan uşaqlarda B12 çatışmazlığı olur”.