ABŞ prezidenti Donald Tramp KİV-lərdə qadın komik Keti Qriffin onun qana bulaşmış oyuncaq başını əlində saxlayan görüntüsünün yayılmasına sərt reaksiya verib.
ABŞ prezidenti Donald Tramp KİV-lərdə qadın komik Keti Qriffin onun qana bulaşmış oyuncaq başını əlində saxlayan görüntüsünün yayılmasına sərt reaksiya verib.
TİA.AZ xəbər verir ki, prezident tvitter hesabında həmin fotonun uşaqlarına ağır təsir etdiyini bildirib:
“Keti Qriffin özündən utanmalıdır. Mənim uşaqlarıma, xüsusən 11 yaşlı oğlum Berrona bunu qəbul etmək çox çətindir. Anormal!”
Qeyd edək ki, TMZ xəbər portalında həmin fotonun dərc olunmasından sonra görüntülər sosial şəbəkələrdə gərgin müzakirə mövzusuna çevrilmişdi. Daha sonra qadın-komik həmin fotoya görə üzr istəyib.