Məktəblilərin oyaq vaxtının 50-70 %-ni oturaq vəziyyətdə keçirməsi qan dövranını ləngidir, nəticədə daxili orqan və sistemlərin qidalanması pozulur.
Tribunainfo.az xəbər verir ki, mütəxəssislər profilaktik tədbirlər üçün məktəblilərin ev tapşırıqlarını hazırlayarkən hər 15 dəqiqədən bir oturma tərzini dəyişdirməsini məsləhət görür.
Həmçinin məktəblilərə hər gün gəzintiyə çıxmaq və açıq havada oyun oynamaq tövsiyə edilir. Ev şəraitində də gündəlik yüngül idman hərəkətləri etmək xüsusilə məktəblilərin sümük, əzərə, beyin inkişafı üçün vacibdir.