UŞAQLARI İSTİDƏ NECƏ QORUYAQ? – HƏKİM MƏSLƏHƏTİ

UŞAQLARI İSTİDƏ NECƏ QORUYAQ? – HƏKİM MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstilər hələlik dözümlüdür, ancaq isti olan günlərdə uşaqları istidən və günvurmadan qorumaq lazımdır. Bunun üçün həkim-pediatr Vaqif Qarayev bəzi məsləhətlər verib.

Tribunainfo.az həkimin məsləhətlərini təqdim edir:

“Uşaqlar mümkün qədər saat 11-18 aralığında açıq havada olmasınlar. Geyimi yüngül təbii parçadan olmalıdır, uşaqlara sintetik geyindirməyin. Açıq havada aşırı tərləmədən qoruyun, evin havasını tez-tez dəyişin, uşaqları kondisionerdən uzaq tutun.

İsti günlərdə uşaqların qidasına diqqət edin. Menyuda maye və meyvə-tərəvəz bol olmalıdır. Rəngli və qazlı içkilər verməyin. Uşaqlar tez-tez ilıq vanna qəbul eləsələr yaxşıdı”.