İnsanın gələcək uğurları, həyatda formalaşması onun uşaqlıqda necə istiqamətlənməsindən, necə yetişməyindən asılıdır.
Bəzən, istər ailə, istərsə də məktəb, bir sözlə cəmiyyətdə uşaqların özlərini təsdiq imkanları düzgün qiymətləndirilmir.
Yazıçı və sağlam həyat mütəxəssisi olan Mallika Çopra, 9 yaşında öyrəndiyi meditasiyanı uşaqlarına da öyrətdiyini, öz yaşadığı meditasiya təcrübəsindən bəhs edən kitab yazıb.
O, kitabından danışarkən seçilən sözlərin əhəmiyyətindən, yürüş və yoqa vərdişi qazanmağın faydalarına qədər fərqli nümunələr və təkliflər verib.
Növbəti sadə özüntəsdiq üsulu – Roçester Universiteti Tibb Mərkəzinin alimlərin araşdırmasına görə, gündəlik tutmaq stress, həyəcan və depressiyayla mübarizə aparmağın ən təsirli üsullarından biridir. Psixiatriya sahəsində mütəxəssis Dianna Moraney, uşaqlara hekayələrini danışmaqları üçün sahə ayırmağın çox əhəmiyyətli olduğundan bəhs edir Daha çox uşaqların travma və stress ilə itirdikləri özünə inamı bərpa etmələrini istəyərək tutulan gündəliklər, valideynlərə də çətin vaxtlarda uşaqlarla düzgün ünsiyyət qurmağı öyrədir.