İbtidai sinifdə oxuyan uşaqları dərsdən sonra heç bir hazırlıq kursuna aparmaq düzgün deyil.
Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, uşaqlar yorulur və əksər xəstəliklərin də başlanğıcı buradan başlayır:
“Psixi gərginlik uşaqlarda xəstəliklərə müqaviməti azaldır. Davranışında pozğunluqlar yaradır.
Valideynlər həm bu baxımdan şikayət edir, həm də deyirlər indidən yaxşı oxuması üçün aparırıq. Uşaqları, xüsusilə ibtidai sinifdə oxuyan uşaqları çox yükləmək düzgün deyil”.
Nigar