Həyatın erkən mərhələlərində uşaqlarda bir çox göz xəstəlikləri yarana bilər. Ancaq çox zaman valideynlər göz xəstəliklərindən ən önəmlisi olan zəif gözməni vaxtında müəyyən edə bilmirlər.
Tribunainfo.az xəbər verir ki, mütəxəssislər uşaqların 1 yaşında, məktəbə getməzdən əvvəl və məktəbdə oxuyan zaman zəruri göz müayinələrindən keçirilməsini tövsiyə edirlər.
Əgər gözlərdə aşağıdakı əlamətlərdən biri hiss olunarsa, həkim-oftalmoloqa müraciət etmək vacibdir:
– Gözlərdə qızartı, sulanma,
– Gözlərin titrəməsi,
– Çəpgözlük və ya gözün qapanması,
– Daim əşyalara yaxından baxmaq,
– Gözləri ovuşdurmaq və s.
Həkimlər bildirir ki, problemin vaxtında aşkarlanması və düzgün seçilmiş müayinə çox vaxt ən ağır göz problemini də aradan qaldıra bilir.