UŞAQLARDA YARANAN HƏR SƏPKİ QIZILCA DEYİL – HƏKİM

UŞAQLARDA YARANAN HƏR SƏPKİ QIZILCA DEYİL – HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda qızılca ilə yanaşı başqa səpkili xəstəliklər də yayılır. Səpkilərə görə bir çoxları bunun qızılca olduğunu fikirləşir. Ancaq pediatrlar bildirir ki, hər səpki qızılca deyil.

Tribunainfo.az yazır ki, pediatr Nigar Abdullayeva bununla bağlı məlumat paylaşıb. O qeyd edib ki, indi yayılan səpki xəstəliyi əl-ayaq, ağız xəstəliyi koksaki virusu tərəfindən törədilən, yoluxucu infeksion xəstəlikdir. Daha çox 10 yaşından kiçik uşaqlarda rastlanır, böyüklər nadir hallarda xəstələnir.


Yoluxma birbaşa təmas, fekal oral, hava damcı yolu ilədir. Əsasən baxçaya gedən, kollektivdə olan uşaqlar yoluxur:

“Virus orqanizmə düşdükdən 3-6 gün sonra qızdırma, bədəndə sınma, burun axma, boğaz ağrısı, ağızda ağrılı, içi maye ilə dolu vezikulların yaranması ilə başlayır. Sonra koksaki üçün xarakterik qabarcıqlar bədəndə yaranır. Daha çox əl, ayaq, ağız ətrafında olur. Çox vaxt bu səpkilər suçiçəyi səpkiləri ilə səhv salınır.
Xəstəlik adətən 7-10 gün davam edir
Ağırlaşmaları da var ki, ensefalit, miokardit, aseptik meningit, pnevmaniya və sair yaradır. Xəstəlikdən sonra yaranan immunitet ömürlük deyil”.

Həkim bildirib ki, əl-ayaq, ağız xəstəliyi keçirmiş uşaqlarda bir müddət sonra dırnaqlarda soyulma ola bilər:

“Koksaki xəstəliyi zamanı ağızda olan ağrılı səpkilərdən dolayı uşaq qidadan, sudan imtina edir, nəticədə orqanizmin susuzlaşması baş verir. Susuzlaşma müşahidə olunan uşaqlarda mütləq rehidratasiya müalicəsi aparılır.
Hər bir halda əgər uşağınızda səpkilər varsa səbəbi dəqiqləşdirmək üçün mütləq pediatra müraciət etmək lazımdır”.