UŞAQLARDA QISABOYLUQ VƏ AZ ÇƏKİ PROBLEMİ.. NƏLƏR EDİLMƏLİDİR?backend

UŞAQLARDA QISABOYLUQ VƏ AZ ÇƏKİ PROBLEMİ.. NƏLƏR EDİLMƏLİDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər uşaqlarda boy və çəki artımı problemləri çox müşahidə olunur. Balacaboyluq və cılızlıq artıq müasir uşaqların əsas probleminə çevrilib.

Tribunainfo.az yazır ki, pediatr Altay Abdullaoğlu problemin kökündə genetik faktorların dayandığını bildirib. Həkimin sözlərinə görə, yetkin insanlarda boy, çəki fərqli ola bildiyi kimi, bu hal uşaqlarda da müşahidə olunur:

“Eyni yaşda olan uşaqların boy və çəkiləri fərqli ola bilir. Bunun da əsasında genetik faktorlar durur. Boy, çəki ilə bağlı genlər uşaqlara da ötürülür. Təbii ki, “genetikadan qaynaqlanır” deyilməsi üçün həkim boy və çəkinin inkişafına mənfi təsir edə biləcək bütün xəstəlikləri istisna etməlidir, bunun üçün də müəyyən analizlər tələb olunur. Bütün bunlardan sonra bu halın genetik olduğunu təsdiq etmək olar”.

Pediatr bildirib ki, ümumiyyətlə, bir uşağın fiziki inkişafının normal olmasına qərar verərkən persentil dəyərlər cədvəlinə istinad olunur:

“Uşaq həkimləri tərəfindən istifadə olunan müəyyən ölçü meyarları persentil cədvəllərdə qeyd olunur.

Bütün bunlara uyğun olaraq uşaqda müayinə və analizlərdən sonra hansısa çatışmazlıq təsbit edilərsə, qida rasionuna əlavələr edilə və vitaminlər verilə bilər”.