Uşaqlarda boyun, qoltuqaltı, qasıq, döş və qarın bölgəsindəki noxud boyda limfa vəzilərinə toxunduqda sərtlik varsa mütləq həkimə müraciət edin.
Tribunainfo.az xəbər verir ki, bu problemdən danışan pediatr Nigar Süleymanova bildirib ki, uşaqlarda limfa vəzilərinin böyüməsi daha çox soyuqlama, qrip, badamcıq iltihabı kimi virus və ya bakterial infeksiyalarda görülə bilir.
“Ümumiyyətlə ana uşağının limfa vəzilərində sərtlik müşahidə edirsə, vaxtında həkimə müraciət etməlidir. İlk əlamətlər kimi ağrı, qızarıqlıq və ya istilik ola bilər. Limfa vəziləri orqanizmə daxil olan bakteriya və virus ilə mübarizə apardığına görə şişkinlik yaranır. Lakin böyümüş limfa düyünlərini mütləq araşdırmaq lazımdır!” deyə, həkim əlavə edib.