UŞAQLARDA İMMUN SİSTEMİNİN ZƏİF OLDUĞUNU NECƏ BİLƏK? – HƏKİMDƏN AÇIQLAMA

UŞAQLARDA İMMUN SİSTEMİNİN ZƏİF OLDUĞUNU NECƏ BİLƏK? – HƏKİMDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orqanizmin ətraf təsirlərə, xəstəliklərə qarşı dözümlü olması bilavasitə immun sistemindən asılıdır. İmmun sisteminin güclü olması orqanizmi xəstəliklərdən də qoruyur, tez sağalmaya da kömək edir.

Tribunainfo.az xəbər verir ki, pediatr Nigar Süleymanovanın sözlərinə görə, ildə 4 və ya daha çox qulaq iltihabı keçirən, ya da ildə 2 və ya daha çox sinusit iltihabı keçirən uşaqlarda immun sisteminin zəifliyinə diqqət etmək lazımdır. Həkim bildirib ki, normal uşaqlarda adi soyuqlama zamanı yüngül müalicələrlə təxmini 1 həftəyə sağalma olursa, immun sistemi zəif olan uşaqlarda hər xəstəlik zamanı antibiotik istifadəsinə ehtiyac duyulur:

“İmmun sistemi zəif olan uşaqlarda allergik ekzema düzəlmir, hətta üstləri göbələk infeksiyaları ilə örtülür.
Yenidoğulmuş körpənin göbəyi ilk 15 gün ərzində düşməlidir. Əgər gecikirsə bunun özü belə immun sisteminin zəifliyinə işarədir. Araşdırmaq tövsiyyə edilir”.