Uşaqlarda çox böyük təhlükə yaradırbackend

Uşaqlarda çox böyük təhlükə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər hazır sousların çox vaxt yağ və duz tərkibinin çox olduğuna diqqət çəkərək, tərkibində zərərli kanserogen maddələrin də ola biləcəyini bildirirlər.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Qidalanma və Pəhriz Mütəxəssisi Hülya Yiğit, hazır sousların tez-tez istehlakının bədəndə ödem əmələ gəlməsinə, həddindən artıq duz qəbulu səbəbiylə sümüklərdən kalsiumun çıxmasına, qarın ətrafında piylənməyə səbəb ola biləcəyini ifadə edərək, tərkibindəki maddələrin hiperaktivliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.

Xüsusilə qastrit, reflü kimi mədə problemi olan şəxslərin hazır sousları istehlak edərkən daha diqqətli olması lazımdır. Unudulmamalıdır ki, hazır souslarda olan monosodyum glutamat (MSG), rəngləndiricilər və qoruyucu maddələr xüsusilə uşaqlarda hiperaktivliyi artıra bilər.

Bir çox sousu evdə asanlıqla hazırlaya bilərsiniz. Üstəlik, heç bir konservant əlavə etmədən.