“Uşaqlarda böyüyən limfa vəziləri varsa…” – Həkim

“Uşaqlarda böyüyən limfa vəziləri varsa…” – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlarda soyuqdəymədən şişən və böyüyən limfa düyünlərini həkimə göstərmək və mütləq araşdırmaq lazımdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Nigar Süleymanova məlumat paylaşıb. O bildirib ki, limfa vəzilərinin böyüməsi daha çox soyuqlama, qrip, badamcıq iltihabı kimi virus və ya bakterial infeksiyalarda görülə bilər:

“Boyun, qoltuqaltı, qasıq, döş və qarın bölgəsindəki noxud boyda limfa vəzilərinə toxunduqda sərtlik varsa mütləq vaxtında həkimə müraciət etməyiniz məsləhətdir. İlk əlamətlər kimi ağrı, qızarıqlıq və ya istilik ola bilər. Limfa vəziləri orqanizmə daxil olan bakteriya və virus ilə mübarizə apardığına görə şişkinlik yaranır.Lakin böyümüş limfa düyünlərini mütləq araşdırmaq lazımdır!”.

Nigar