Uşaq gecə yatanda ağzı açıq yatırsa, xoruldayırsa, adını çağıranda sizə gec cavab verirsə demək ki, uşağın qulağında maye var.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə pediatr Nigar Süleymanova çıxış edib. O bildirib ki, qulaqda maye burun tutulması, burun axması zamanı qulağı havalandıran borunun içəridən tıxanması nəticəsində yaranır:
“Burun tıxanıqlığı, burun axması isə ən çox allergik rinit və sinusit nəticəsində olur. Əgər sizin də uşaqlarınızda sadaladığım şikayətlər varsa, vaxtında həkimə müraciət etməlisiniz. Adi hesab edilən, öz özünə keçər deyilən belə problemlərin üstünə düşmədikcə nəticəsi ağır olur”.