UŞAQLARA VİTAMİN D VERƏRKƏN DİQQƏTLİ OLUN – HƏKİMbackend

UŞAQLARA VİTAMİN D VERƏRKƏN DİQQƏTLİ OLUN – HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə hər 10 uşaqdan 9-da vitamin D çatışmazlığı var. Vitamin D defisiti raxit xəstəliyinə səbəb olur ki, bu da bəzi əlamətlərlə özünü biruzə verir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan pediatr Nigar Süleymanovanın sözlərinə görə, raxit diaqnoz müəyyən müayinə və analizlərdən sonra qoyulur:

“Baş çevrəsinin norma həddindən böyük, alın hissənin qabarıq olması, ayaqlarda əyrilik, döş qəfəsində qabarıqlıq və ya çökəkliyin olması, qarın nahiyənin şişkin və yanlara meyilli olması, dişlərin gec çıxması və tez çürüməsi, 9 aydan sonra ayaqları üstə sərbəst dura bilməmək, ayına görə əmgəyin çox böyük olması və gec bağlanması, yuxusuzluqdan əziyyət çəkmək, qan azlığı raxit xəstəliyinin əlamətləridir.
Valideynlərdən ən çox eşitdiyim belə hallar var – “körpəm dişini gec çıxardı, ona görə kalsium preparatı verirəm”, “əmgəyi çox böyükdü, kalsium və ya D vitamini artıq dozada verirəm”, “əmgəyi kiçikdi, ona görə vitamin D qəbulunu dayandırmışam”. Vitamin D artıqlığı da əskikliyi kimi xoşagəlməz nəticələrə səbəb olur. Ona görə də analar bilməlidir ki, dərman qəbulunda mütəxəssis göstərişinə əməl edilməlidir, ən doğru məlumatı və göstərişi həkim verir. Həkimin göstərişi olmadan əlavə Vitamin D vermək və ya onu kəsmək məsləhət görülmür. Həkim müayinəsindən sonra bu barədə qərar verilə bilər”.