Uşaqlara pomidor, xiyar, alça, çiyələk verməyin – Həkim

Uşaqlara pomidor, xiyar, alça, çiyələk verməyin – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda satışda pomidor-xiyar, gilas, alça, çiyələk də var. Bu qədər xəstəliyin, səpgili infeksiyaların yayıldığı bir vaxtda bu qidaların uşaqlara verilməsi məsləhət deyil.Tribunainfo.az xəbər verir ki, bu barədə həkim-pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, vaxtından əvvəl yetişdirilmiş bu meyvə və tərəvəzlər uşaqlarda mədə-bağırsağı pozur:

“Təxminən 6 aydır ki, qrip və səpgili infeksiyalar bezdirib, yorub valideynləri də, uşaqları da. Bir uşaq bir infeksiyadan sağalıb başqa infeksiyaya yoluxur. Sönmə müşahidə olunsa da, hələ də əziyyət çəkir uşaqlar. Bu problem azmış kimi indi də satışda pomidor-xiyar, gilas, alça, çiyələk var. Bu cür infeksiyaların, xəstəliklərin çox yayıldığı bir zamanda uşaqlara bu meyvə və tərəvəzləri vermək məsləhət deyil! Mədə-bağırsaqları pozulur. Valideynlər diqqətli olsa yaxşı olar”.

Nigar