Mütəxəssislər genetik modifikasiya olunmuş siçanlar üzərində tədqiqat aparıblar. Bu tədqiqat insanlar üçün həyata keçirildiyi zaman oxşar bir nəticə əldə edilib. Nəticəyə görə uşaqlar ağıllarını analarının genlərindən alırlar.
Tribunainfo.az AZƏRTAC-a istinadən bildirir ki, insan zəkasını formalaşdıran genlər “X” xromosomu ilə daşınır. Qadınlarda “X” xromosomu iki, kişilərdə isə sadəcə bir ədəddir. Atadan olan genlər uşağın fiziki quruluşu, anadan gələn genlər isə zəkasını formalaşdırır.
Alimlərin fikrincə, bəzi genlərə “şərti gen” deyilir. Ağıl ilə əlaqəli genlər şərti genlər kateqoriyasına daxildir.
İntellekt səviyyəsi bəzən ətraf amillər ilə də əlaqələndirilir, lakin zəka səviyyəsinin 60 faizi genlər tərəfindən ötürülür. Qalan nisbət isə ətraf mühit amillərinin təsiri ilə formalaşır.