Uşaqlar üçün möhtəşəm “Qusar” Yay düşərgəsi – FOTO, VİDEObackend

Uşaqlar üçün möhtəşəm “Qusar” Yay düşərgəsi – FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ESCAPE ACADEMY”-in təşkil etdiyi 7-15 yaş aralığındakı uşaqlar üçün nəzərdə tutulmuş Qusar yay məktəbinə qeydiyyat davam edir. Düşərgədə əsas tədris dili ingilis dilidir, lakin azərbaycan və rus bölmələrindən olan şagirdlər üçün də dəstək göstərilir. Bu, uşaqlarınızın dil biliklərini inkişaf etdirmələri üçün əla fürsətdir.

Yay məktəbində şagirdlərin istirahəti, əyləncəsi və fiziki fəaliyyətləri üçün hər bir detal nəzərə alınıb. Gündə üç dəfə qidalanma təmin edilir və hər gün professional təlimatçılar tərəfindən üzgüçülük dərsləri keçirilir. Uşaqlarınız həm əylənəcək, həm də sağlamlıqlarını və fiziki bacarıqlarını inkişaf etdirəcəklər.

Düşərgə Qusar şəhərində yerləşən Olimpia İdman Kompleksində təşkil edilir, bu da şagirdlərə yüksək səviyyədə idman imkanlarından yararlanmaq imkanı verir.

Uşaqlarınızın yay tətilini maraqlı və faydalı keçirməsi üçün bu imkandan yararlanmağa tələsin! Qeydiyyat üçün yerlər məhduddur.

Qeydiyyatdan keçmək üçün: 050 289 21 15