Ümumdünya Səhiyyə Təşkilatı Çindən bu ölkədə geniş yayılmağa başlayan yeni, hazırda uşaqlar arasında naməlum pnevmoniyanın baş verməsi ilə bağlı əlavə klinik və epidemioloji məlumatlar tələb edib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Çinin Milli Səhiyyə Komissiyası uşaqlar arasında yuxarıda qeyd olunan yeni pnevmoniya hallarının artdığını qeyd edib.
Çin hakimiyyəti bu artımı antikoronavirus məhdudiyyətlərinin aradan qaldırılması və qrip virusunun ölkədə aktiv dövriyyəsi ilə əlaqələndirir.
Qeyd edək ki, ÜST COVID-19-a qarşı peyvənd olunmayanların hamısını peyvənd etməyə çağırmışdı.