UŞAQLAR ARASINDA VİRUS YAYILIB… QARŞISINI NECƏ ALAQ? – HƏKİM MƏSLƏHƏTİ

UŞAQLAR ARASINDA VİRUS YAYILIB… QARŞISINI NECƏ ALAQ? – HƏKİM MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar uşaqlar arasında burun tutulması ilə müşahidə edilən virus yayılıb. Rinoviruslar adlanan bu viruslar zamanı uşaqlarda davamlı burun tutulması, burun axması, zökəm əlamətləri və bəzən temperatur müşahidə olunur.

Tribunainfo.az xəbər verir ki, pediatr Nigar Süleymanova bildirib ki, bu kimi hallarda dəniz suyu tərkibli burun damcılarından davamlı istifadə etmək mütləqdir. Həmçinin bol maye qəbulu şərtdir:
“Otaq temperaturunu normal saxlamaq lazımdır. Temperatur varsa qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz. Həkim müayinəsi və məsləhəti yoxdursa antibiotik istifadəsi yolverilməzdir”.