Uşaqlar arasında qızılca yayılıb. Əslində pandemiyadan qabaq da yayılmışdı. Ancaq koronavirus “sıxışdırmışdı” qızılca virusunu. Uşaqları təcrid etməyimiz də qızılcanın yayılmasına imkan verməmişdi. Ancaq indi vəziyyət başqadır. Qorunmağın yeganə yolu isə vaksinasiyadır.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan pediatr Vaqif Qarayev bildirib ki, müxtəlif mənasız arqumentlər gətirərək uşaqları peyvənddən yayındırırıq. Nəticəsi də yaxşı olmur:
“Qızılcanın spesifik müalicəsi yoxdur. Ağırlaşma olmadıqda simptomatik müalicə aparılır. Qızılca pnevmoniya ilə ağırlaşdıqda təhlükə yaranır. Başqa ağırlaşmaları da var. Ona görə də xəstəlik başlayan kimi həkimə müraciət etmək lazımdır.
Özünmüalicə ilə məşğul olmaq düzgün deyil. Hələ də qızılcada iynə-dərmanı iqnor edən ailələr var. Ehtiyatlı olun, uşaqları qoruyun”.