Uşaqlar 2 yaşa qədər televizora baxmamalıdır –VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televizor uşaqlar üçün cizgi filmlərlə, böyüklər üçünsə serial və filmlərlə, müxtəlif verilişlərlə həyatımızın əvəzedilməzlərindən birinə çevrilib.
 Televizor uşaqlar üçün cizgi filmlərlə, böyüklər üçünsə serial və filmlərlə, müxtəlif verilişlərlə həyatımızın əvəzedilməzlərindən birinə çevrilib. Son illər azyaşlı körpələrin uzun müddət televizora baxmalarının ziyanları müzakirə edilir.

Ailem.az bildirir ki, mütəxəssislər 0-2 yaş arası körpələr üçün televizor ekranlarının zərərli olduğunu deyir.

Uşaq iki il televizora baxmamalıdır

Araşdırmalar göstərir ki, 2 yaşa qədər televizor izləmək uşaqların əqli inkişafına mənfi təsir edir və danışıq bacarığı geriləyir. Bundan başqa çox televizora baxmaqla diqqət əskikliyi, hiperaktivlik və autizm arasında da əlaqə olduğu deyilir. Buna görə mütəxəssislər 0-2 yaş arası uşaqları televizor ekranlarından uzaq tutmağı məsləhət görürlər.