Uşaq şirniyyatının içindən dəmir parçası çıxdı – Foto

Uşaq şirniyyatının içindən dəmir parçası çıxdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq üçün alınan “Honey” adı ilə satılan yerli istehsal olan kökənin içindən dəmir parçası çıxıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə şirniyyatı alan müştəri Mirəli Süleymanov məlumat paylaşıb. O bildirib ki, xoşbəxtlikdən dəmir parçasını tez görüblər:

“Dostlar, bu məhsul “Bolluq LTD MMC”yə məxsus uşaqlar üçün peçeniyalardı. Yaxşı ki, uşaq yemədən içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul