Uşaq sığınacağının rəhbərindən ÇAĞIRIŞ: “Hər 3 evdən 2-də azyaşlılar ərə verilir, monitorinq keçirin”backend

Uşaq sığınacağının rəhbərindən ÇAĞIRIŞ: “Hər 3 evdən 2-də azyaşlılar ərə verilir, monitorinq keçirin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala rayonu Qaramanlı kəndində hər 3 evdən 2-də 17 yaşadək nişanlı, erkən evlənən qızlarla doludur.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O bildirib ki, bu barədə məlumatı ona kənd sakinləri özləri verib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Neftçala Rayon İcra Hakimiyyəti, Neftçala rayonu Qaramanlı kəndində (aşağı, yuxarı) monitorinqlərə başlayın.
Bu məlumatları kənd camaatı özü verir. Neftçalada 17 yaşlı qızın 22 iyunda nəzərə tutulan toyunu dayandırdığımıza görə bəzi sakinlər bütün baş tutan və tutacaq nişan, toyları ünvanlarınadək misal çəkirlər. Azyaşlı hamilələrdən danışmağı da unutmurlar”.

Nigar