UŞAQ ENSİKLOOPEDİYASI SİZİ ŞOKA SALACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkə istifadəçisi Şamxal Məhərrəmov uşaqlara aid olan kitablara bağlı şikayətini yazıb. O, ensiklopediya adı altında dini kitablar seriyası nəşr olunduğunu yazıb: 

Sosial şəbəkə istifadəçisi Şamxal Məhərrəmov uşaqlara aid olan kitablara bağlı şikayətini yazıb. O, ensiklopediya adı altında dini kitablar seriyası nəşr olunduğunu yazıb:

“Uşağa həvəslə kitab almışam ki, elmdən anlayışı olsun, dünyagörüşü artsın. Xüsusilə də ensiklopediyaları çox sevir. Bu gün təsadüfən sual-cavab etmək üçün bu kitablardan birini əlimə alanda baxıram ki, demək olar ki, kitab başdan-ayağa xurafatdır. Uşağı birtəhər başa salmışam ki, oğlum bu lap azyaşlılar üçündür.  Birtəhər inandırmışam ki, “Burdakılar nağıldır. Heç birini ciddiyə alma. Sənə təzəsini alacam”.





 
Kitabla bağlı araşdırmalar apardım. Rəsmi saytlarında baxdım ki, müəllifi İsmayıl Həkimoğlu kimi tanıdırlar, lakin onun haqqında heç bir məlumat yazmayıblar. Bilərək Azərbaycanlı kimi təqdim ediblər. Sən demə əsl adı Hekimoğlu İsmail olan bu adam türkdür (http://www.kitapyurdu.com/yazar/hekimoglu-ismail/8800.html) və yazılarının əksəriyyəti dini mövzulardadır. Dinə qarşı bir iddiam yoxdur. Uşaq yetkinlik yaşına çatandan sonra özü bilər. Hər şeyə dini yanaşar, ya elmi. O vaxta qədər mənim valideyn olaraq borcum ona mümkün qədər bilik vermək, dünyaya gözünü açmaq, savadlı etməkdir. Molla böyütmək fikrim yoxdur. Problem burasındadır ki, bizim “Qələm” nəşriyyatından olan bu “ağıllı”lar bunu uşaq ensiklopediyası adı altında satırlar. Məgər ki, kitabın adı əslində “Her Şey Allah’ı Anlatıyor”-dur. Ensiklopediya ilə yaxından uzaqdan heç bir əlaqəsi yox imiş. (http://www.kitapyurdu.com/…/her-sey-allahi-anla…/149008.html) 
Bunlar bunu bilərək dəyişib, bu formatda marketinq tələsi qururlar. Mənə dini mövzuda kitab lazımdırsa,  dini bir kitab alardım. İndi də uşaqlara keçmisiz? Vicdanınız olsun. Pulu kişi kimi qazanmağı öyrənin. Əslində çox ağır sözlər yazmaq istərdim. Nə isə”.

İlahə