ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşını xilas etməsini lentə alıb.
ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşını xilas etməsini lentə alıb.
TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, video uşaqların valideynləri tərəfindən sosial şəbəkəyə yüklənilib.
Uşaqlar küncdəki dolabın yanında oynadığı zaman onu təsadüfən çevirirlər. Dolab körpələrdən birinin üstünə düşür. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Xoşbəxtlikdən, onun əkizi özünü itirməyərək kamodu irəli itəliyərək qardaşını xilas edir. Video internetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb.