“Biz danışanda elə düşünürlər ki, həmin müğənnilərə paxıllıq edirik. Bir əyləncə mərkəzinə getmişdim. Orada bir vaxtlar AzTV-də çalışan bir aparıcı uşaqlarla yarış edirdi. Sual verdi ki, uşaq mahnılarını dinlədəcəyəm, kim tapsa hədiyyə verəcəyəm. Onları izlədim, 100 uşaqdan beşi uşaq mahnısını tapdı”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Sayqa ilə” proqramında deyib. Sənətçi efirdə meyxana səsləndirilməsindən, uşaqların tərbiyəsinə pis təsir etməsindən danışıb:
“Kanallarda uşaqlar üçün saat var? Bənövşə Uşaq Xoru fəaliyyətini dayandırıb. Uşaqlarımıza efirdən bir mahnı izlədə bilmirik. Efirdə ancaq meyxana və o tipli “çaqqa-çukka” mahnıları varsa, uşaqdan nəyi tələb edirsən? Efir hər kəsin evinə girir. Amma meyxana ilə olan mahnıları bir damcı səsləndirən kimi hamısı xorla oxudu. Çünki televiziyada bunlar gedir. Günah elə televiziyadadır. Reytinqə görə həmin müğənniləri çağırırlar”