Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 8 ünvanında yaşayan sakinlər tərəfindən TİA.AZ-a şikayət daxil olub.
Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi, 8 ünvanında yaşayan sakinlər tərəfindən TİA.AZ-a şikayət daxil olub.
Sakinlər iddia edir ki, bu ərazidə binanın arxasında yerləşən uşaq bağçasını söküb, binanın önündə tikmək istəyirlər.
Səbəb isə uşaq bağçasının həyətini əhatə edən ərazinin daha böyük olmasıdır. Belə ki, sakinlərə görə həmin böyük ərazidə tikinti şirkəti daha böyük bina tikmək niyyətindədir.
Elşən adlı sakinin bildirdiyinə görə, binanın önündə 20- dən çox ağac artıq çəpərə alınıb. Sakinlərin narazılığı əsasında əraziyə polis də çağrılıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İlahə