Sumqayıt şəhəri 38 nömrəli bağçada baş vermiş hadisə ilə bağlı TİA.AZ-a məlumat daxil olub.
Sumqayıt şəhəri 38 nömrəli bağçada baş vermiş hadisə ilə bağlı TİA.AZ-a məlumat daxil olub.
Bu haqda uşağın bibisi oğlu Xəyal Heydərov məlumat verib.
“Dünən Sumqayıt şəhəri, 3 mkr, Bakı prospektində yerləşən 38 nömrəli “Şəfəq” uşaq bağçasında 6 yaşlı Nağıyeva Mələk Azər qızı orda olduğu müddətdə dəcəllik etdiyi üçün Tamella adlı tərbiyəçi bıçaq çıxardaraq, “sözə baxmasan səni kəsəcəm” (şəkildə göründüyü kimi uşağın qolunu cızıb) deyib. Hələ buna baxmayaraq, uşağın gicgah nahiyəsindən möhkəm vurub.
Xahiş edirəm, bu məsələni paylaşıb içtimailəşdirək. Mən bu barədə bu gün tədbir görəcəm. Sadəcə hər kəs bilsin ki, övladlarını baxçada necə tərbiyəçilərə etibar edirlər. Belə adamlar ölümə məhkumdur”.
İlahə