Bağçalar icra hakimiyyətlərinə veriləndə təhsilimizin evini yıxdılar. Yoldan keçəni müdir, tərbiyəçi müəllim qoyublar.
Tribunainfo.az yazır ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev bildirib. O qeyd edib ki, bağçalar icralardan alınıb Elm və Təhsil Nazirliyinə veriləndən proses tənzimlənir:
“İndi də qaragüruhçular özlərinə əl qatıb ki, ay onlar işsiz qaldı, bunlar işsiz qaldı. Saxta humanizminiz batsın. Özgə vaxt mənim uşağıma ən yaxşı müəllim dərs desin davası aparırsınız. Sistem də istəyinizə uyğunlaşdırılır. Hansısa kənar şəxsin işləməsi və övladlarımızı zəhərləməsi sizə xoşdursa, bizə xoş deyil! 1 nəfəri və ya 10 nəfəri işində saxlamaq bahasına yüzləri, minləri qurban vermək doğru deyil!”.